İsrailin Baş naziri Benyamin Netanyahu İranın son hadisələrdən sonra ciddi zəiflədiyini iddia edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Belə ki, Netanyahunun sözlərinə görə, Yaxın Şərq və İran bir daha heç vaxt əvvəlki kimi olmayacaq.
İsrail hökumətinin başçısı qeyd edib ki, İran son bir ay ərzində İsrailə qarşı yeni hücum həyata keçirməyib. Onun iddiasına görə, bunun əsas səbəbi Tehranın İsrailin daha sərt və dağıdıcı cavab zərbələrinə hazır olmasından çəkinməsidir.
Netanyahu həmçinin bildirib ki, İran son qarşıdurmalar zamanı ağır zərbələr alıb və bu vəziyyət regiondakı qüvvələr balansına təsir göstərib.
Tahir Turan
Globalinfo.az