ABŞ-ın “Artemis II” kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında Qara dəniz üzərində uçub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” uçuş məlumatlarının təhlilinə istinadən məlumat yayıb.
“Bu təyyarə vaxtaşırı Qara dəniz üzərində uçur, lakin son bir neçə gündə müşahidə edilməyib”, – deyə açıqlamada bildirilib.
Agentliyin məlumatına görə, kəşfiyyat təyyarəsi səhər saatlarında Rumıniyadan havaya qalxıb, Krımın yanından keçib və demək olar ki, Rusiya– Gürcüstan sərhədinə çatdıqdan sonra geri dönüb.
Qedy edək ki, 17 apreldə Britaniyanın “Boeing RC-135W Rivet Joint” təyyarəsi də Krım sahilləri yaxınlığında Qara dəniz üzərində kəşfiyyat missiyaları apararkən müşahidə edilib.
Təyyarənin “Waddington” Hərbi Hava Qüvvələri Bazasından qalxdığı və Rusiya sərhədini keçmədən Sevastopola doğru getdiyi məlum olub.
Əliyar Xəlil
Globalinfo.az