ABŞ-ın bu addımı Ukraynanı məhv edəcək – Peskov

“Ukraynaya yardım ABŞ-ı daha da zənginləşdirəcək, Ukraynanı isə məhv edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi. Bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı məhv edəcək, Kiyev rejiminin günahı daha çox ukraynalının ölümünə səbəb olacaq”.

Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə görə cavab verməli olacaq.

“Belə müsadirə ABŞ-ın imicinə xələl gətirəcək və bu, ölkədəki investorları qorxuya salacaq. Rusiyanın cavab tədbirləri üçün vaxt məhdudiyyəti olmayacaq. Biz bunu maraqlarımıza uyğun şəkildə hərəkət edəcəyik. Əgər biz həqiqətən də aktivlərimizin müsadirə edilməsindən danışırıqsa, bu, ABŞ-ın imicinə düzəlməz ziyan vuracaq”, – Peskov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az