ABŞ husiləri terror təşkilatı kimi tanıyıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.
“Tramp hakimiyyətə qayıtdıqdan sonra verdiyi sözlərdən birini daha tutur. Mən Departamentin husiləri xarici terror təşkilatı kimi təyin etməsini məmnuniyyətlə elan edirəm”, – Rubio bildirib.
Aysel Əliyeva
Globalinfo.az