Tramp iran rat

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının blokadaya alınması prosesinə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Həmçinin İran üçün vergi/ödəniş edən hər bir gəminin beynəlxalq sularda hərəkəti qadağan edilib.

Qanunsuz ödəniş edənlər açıq dənizdə keçid imkanı əldə etməyəcək.

Biz boğazlarda iranlılar tərəfindən yerləşdirilən minaların məhv edilməsinə başlayacağıq”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Safura Bənnayeva
Globlinfo.az

Paylaş: