ABŞ Ermənistanı siyahıdan çıxartdı

Avropanın 10 ölkəsini əhatə edəcək “Defender 23” hərbi təlimlərinin iştirakçıları siyahısından Ermənistan çıxarılıb.

Globalinfo.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısında Ermənistanın adına rast gəlinmir.

Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.

Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.