2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Rusiya xarici işlər naziri Sergey Lavrov “Sky News” jurnalistinin ingilis dilində sualını cavablandırmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, hadisə Lavrovun BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışından sonrakı mətbuat konfransında yaşanıb.

Belə ki, jurnalist Lavrovdan ingilis dilində danışmasını xahiş edib. XİN rəhbəri isə rus dilinin də BMT-nin rəsmi dili olduğunu xatırladıb.

“Biz BMT-nin binasındayıq, burada rus dili ingilis dili qədər rəsmi dildir. Buna görə də bu dildən istifadə hüququmuza və bacarığımıza hörmət etdiyiniz üçün hamınıza çox minnətdaram”, – Lavrov bildirib.

Jurnalist Lavrovdan ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması ilə bağlı fikirlərini soruşub.

Lavrov diplomatiyanın müxtəlif alətlər və texnikaları ehtiva etdiyini qeyd edərək Ağ Ev rəhbərinin bəyanatını birbaşa şərh etməyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: