
“Bir müddət sonra ABŞ bir çox sferalar üçün maliyyələşməni bərpa edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu erməni polittexnoloq Karen Köçəryan deyib.
O, ABŞ-ın yumşaq gücdən imtina etməyəcəyini bildirib.
Köçəryana görə, USAİD-dən sonra ABŞ yeni yollar fikirləşəcək:
“Əminəm ki, onlar elm, təhsil, yeni texnologiyalar, süni intellekt, KİV və mediaya yardımlarını bərpa edəcəklər və hətta artıracaqlar. Amma LGBT, insan haqları, iqlim dəyişiklikləri ilə bağlı yardımlar yox olacaq. Əlbəttə, yeni yaradılan təşkilat USAİD adlanmayacaq, amma yumşaq güc məntiqi dəyişməyəcək. Razılaşaq ki, amerikalılar illərdir onlara fayda gətirəcək gücdən imtina etməyəcəklər”.
Əliyar Xəlil
Globalinfo.az