Azərbaycanlılar tərəfindən sərhəddə gömrüyün yerləşdirilməsinin əsası Nikol Paşinyan tərəfindən 9 may 2018-ci ildə qoyulub.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Blokundan deputat Andranik Tevanyan deyib.
Onun sözlərinə görə, Paşinyanın Qərbin əmrlərini yerinə yetirməsi sayəsində danışıqlar prosesi dağıldı və biz nəticədə müharibə, məğlubiyyət əldə etdik:
“Bu gün Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycana nə qədər çox təzyiq edilirsə, Nikolun antidövlət xarakterli “Qarabağı verək ki, Ermənistanı saxlayaq” təbliğatı bir o qədər aqressiv olur”.
Tevanyan Bakı ilə İrəvanın hədəfində Rusiya sülhməramlılarının olduğunu deyib. O həmçinin mövcud situasiyadan çıxış yolunun Ermənistanda hakimiyyət dəyişikliyi olduğunu bildirib.
İlkin Həsənov
Globalinfo.az