ermenistan ehalisi 900x487 1

Ermənistanın Baş naziri Mqer Qriqoryanla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İrəvandakı nümayəndəliyinin direktoru Con Alelo iki ölkə arasında əməkdaşlığın inkişafına dair sazişə düzəliş sənədini imzalayıblar. 

Globalinfo.az xəbər verir ki, sənəddə USAİD-in İrəvana ayıracağı 120 milyon dollar yardımın iki dəfədən çox artırılaraq 250 milyona çatdırılması nəzərdə tutulur.

Həmçinin birgə həyata keçiriləcək layihələrin məzmununun genişləndirilməsi razılaşdırılıb. Sözügedən saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.

C.Alelo ABŞ-ın bununla İrəvanda demokratiyanın inkişafına töhfə verəcəyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: