Bu seçkilər yeni dönəmin başlanğıcı olacaq – Ərdoğan

Qısa müddət ərzində parlament və prezident seçkilərinin, bu gün isə bələdiyyə seçkilərinin keçirilməsi millətimizi yordu.

Globalinfo.az xəbər verir ki, bunu bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan bu gün keçirilən bələdiyyə seçkilərinin yeni dönəmin başlanğıcına vəsilə olacağını bildirib: “Bir yandan parlament və prezident seçkiləri, bir yandan bələdiyyə seçkilərinin ölkəmizdə inşaallah, yeni dönəmin, yeni yüz ilin başlanğıcına vəsilə olmasını diləyirəm”.