“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin yenidən qurulması üçün tələb etdiyi 800 milyard dolları Ukraynaya verməyəcək”ş
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun leytenant-polkovniki Daniel Devis deyib.
Hərbi ekspert Avropanın Kiyevi dəstəkləmək üçün 90 milyard dollar tapmaqda necə çətinlik çəkdiyini xatırladıb:
“Tələb edilən rəqəm isə təxminən on dəfə çoxdur. Bunu kimdən alacaqsan? Nəhəng bir məbləğdir və bütün bunların xərcini kimin ödəyəcəyini təsəvvür edə bilmirəm”, – deyə Devis bildirib.
Əliyar Xəlil
Globalinfo.az