“ABŞ ilə nüvə proqramı üzrə danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda planlaşdırılıb”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bütün zəruri tədbirləri gördüklərinə görə omanlı qardaşlarımıza minnətdaram”, – deyə nazir bildirib.
Qeyd edək ki, ötən gün yayılan xəbərlərdə ABŞ-İran danışıqlarının Türkiyədə deyil, Omanda baş tutacağı ehtimal edilirdi.
Safura Bənnayeva
Globalinfo.az