ABŞ hökuməti qanunsuz miqrantlara 1000 dollar və pulsuz bilet təklif edir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem məlumat yayıb.
“Ölkədə qeyri-qanuni yaşayan miqrantlara könüllü şəkildə ölkəni tərk etdikləri təqdirdə təyyarə bileti və 1000 dollar məbləğində yardım veriləcək”, – o bildirib.
Rəsmi Vaşinqton bu addımı qanuni yollarla miqrasiya sistemini sabitləşdirmək üçün atdığını bəyan edir. Noemin sözlərinə görə, könüllü deportasiya həm təhlükəsizlik baxımından daha effektiv və daha sərfəlidir.
Aysel Əliyeva
Globalinfo.az