Trump Zelenskiy

Ukraynada münaqişənin dayandırılması Kiyev üçün müəyyən ərazi itkiləri ilə nəticələnə bilər.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News”a müsahibəsində bildirib.

“O (Rusiya Prezidenti Vladimir Putin) mütləq nəsə götürəcək. Çünki onlar vuruşurlar”, – Tramp bildirib.

Xatırladaq ki, yaxınlarda Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında iki saat yarımlıq telefon danışığı baş tutub. Danışıqların əsas mövzusu Ukrayna böhranı olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: