Rəsmi Vaşinqton dünya çempionatı (DÇ-2026) oyunlarında argentinalı futbolçuların Folklend adaları ilə əlaqədar etirazlarını bildirmək hüququnu müdafiə edir.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalının əməkdaşı Rob Harris məlumat verib.
Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun rəhbəri Endryu Culiani Rob Harrisə bildirib ki, burada əsas məsələ ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi özünüifadə azadlığıdır.
DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün yekun fitindən sonra Argentina millisinin oyunçuları yaşıl meydanda ispan dilindən tərcümədə “Malvin adaları Argentinaya məxsusdur” mənasını verən “Las Malvinas son Argentinas” yazılı pankart qaldırıblar.
İngiltərə yığması ilə yarımfinal qarşılaşmasından əvvəl Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel sosial media hesablarında bu matçın “işğalçıların qarşısını almaq üçün fürsət” olduğunu qeyd edib.
FIFA açılan siyasi pankarta görə Argentina komandasını DÇ-2026-nın sonuna qədər cəzalandırmamaq qərarına gəlib. Buna baxmayaraq, qurum argentinalı futbolçuların bu addımı ilə əlaqədar araşdırmalara başlayacağını vurğulayıb.