
“Rusiya Ukrayna Silahlı Qüvvələrini Kursk istiqamətində, lakin Ukrayna ərazisində mühasirəyə almağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim qoşun da, hərbi rəhbərlik də bundan xəbərdardır. Tərəfdaşlarımızda peyklər var, onlar Rusiyanın hansı ərazilərdə qoşun topladığını izləyə bilərlər”, – o qeyd edib.
Bundan başqa, atəşkəs razılaşması ilə bağlı da danışan Zelenski hər kəsin danışıqlar masasında Ukraynanın qələbə çaldığını düşündüyünü diqqətə çatdırıb.
“Hər kəs Ukrayna Silahlı Qüvvələrinin azaldılmasında yox, gücləndirilməsində maraqlıdır. Atəşkəsə 30 gün yox, daha uzun müddət gərək ola bilər”, – Ukrayna Prezidenti əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az