ABŞ-nin İllinoys ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydiyi üçün qəzaya düşüb. Təyyarədə iki qadın və iki kişi olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.