ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ölkədə ilk kommersiya məqsədli kiçik modul nüvə reaktorunun tikintisini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə komissiyanın saytında yayımlanan açıqlamada bildirilib.
Qeyd olunub ki, komissiya Tennessi ştatının şərqində ölkənin ilk kiçik modul reaktorunun tikintisi üçün “Tennessee Valley Authority” şirkətinə icazə verib. Tənzimləyici qurum layihə ilə bağlı qiymətləndirmələri 14 ay ərzində aparıb.
Söhbət “GE Vernova Hitachi” şirkəti tərəfindən layihələndirilən 300 meqavat gücündə nüvə reaktorundan gedir.
Komissiya vurğulayıb ki, “Tennessee Valley Authority” reaktorun istismarına başlamaq üçün ayrıca lisenziya almalıdır.
Tahir Turan
Globalinfo.az