ABŞ-da dəhşət: maşını insanların üzərinə sürən şəxsin kimliyi açıqlandı- YENİLƏNDİ

usa polis 34

ABŞ-də avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub.

“Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – NOLA nəşri vurğulayıb.

***

Nyu Orleanda piyadaları vuran şəxsin öldüyü güman edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

***

ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi “Fox News”a bildirib.

Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.

***

ABŞ-ın Nyu Orlean şəhərində naməlum şəxs avtomobili insanların üzərinə sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.

Bildirilib ki, dəhşətli akt nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.