m kuce

Noyabrın 30-da Bakının Suraxanı və Sabunçu rayonlarında yerləşən bir neçə küçədə təmir işləri aparılacaq. Bununla əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbəsində 1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov və Nəsirəddin Tusi küçələri arasındakı hissəsində, eləcə də Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan və Həmid Axundlu küçələri arasındakı hissəsində hərəkət məhdudlaşdırılacaq.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində isə Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov və Əli Kərim küçələri arasındakı hissəsində, həmçinin Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələri arasındakı hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaq və alternativ yollardan istifadə etmək tövsiyə olunur. Aparılan təmir işləri ilə əlaqədar hərəkət iştirakçılarından anlayış göstərmələri xahiş edilir.

Paylaş: