Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il müharibəsi zamanı istefa vermək ehtimalını müzakirə etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Paşinyan müsahibəsi zamanı həmin dövrdə zaminlərə müraciət edərək özünün istefasının mümkünlüyü barədə sual verdiyini bildirib.
“Sizə bir sirr açacağam: 2020-ci il müharibəsi zamanı dedim ki, bəlkə problem məndədir, bəlkə istefa verməliyəm? Zaminlərə birbaşa bunu dedim. Əgər onlar “hə” desəydilər, mütləq gedərdim. Amma söhbət “problem məndədir” olmadı”, –Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan “zamin” dedikdə kimi nəzərdə tutduğunu açıqlamır. Lakin böyük ehtimalla, 2020-ci il müharibəsi zamanı Ermənistanla bağlı öhdəliklərdə vasitəçi və ya təminatçı rolunda çıxış edən tərəf nəzərdə tutulur.
Əliyar Xəlil
Globalinfo.az