aktyor

Amerikalı aktyor Metyu Makkonahi 2028-ci ildə ABŞ prezidentliyinə müstəqil namizəd kimi qatıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bildirilib ki, Demokratlar və Respublikaçılar partiyalarından kənar potensial prezidentliyə namizədləri nəzərdən keçirərkən bu ehtimalı gündəmə gətirib.

Nəşr qeyd edib ki, məşhurlar siyasət dünyası yad deyil.

“Hazırkı Ağ Ev rəhbəri Donald Tramp da vaxtilə realiti-şoulardan prezidentliyə keçid edib. Bundan başqa, ABŞ-da aralıq seçkilər ərəfəsində Metyu Makkonahi müstəqil namizədlərlə bağlı video müraciət yayımlamışdı. O, həmin müraciətdə müstəqil namizədlərin qanunvericiləri amerikalıların dəyərlərinin əksəriyyətinin cəmləşdiyi mərkəzə qaytara biləcəyini bildirmişdi.

Makkonahi çıxışında deyib:

“Buna görə də müstəqil namizədlər seçki mübarizəsində iştirak etməlidirlər. Etiraz naminə deyil, dağıdıcı qüvvə kimi yox, real və potensial qaliblər kimi. Onlar seçki bülletenində yer almalı və biz onlara ciddi yanaşmalıyıq”.

Qəzetin fikrincə, aktyorun bu açıqlaması onun gələcək siyasi planlarına mümkün işarə ola bilər.

Xatırladaq ki, ABŞ-da növbəti ümumi və prezident seçkilərinin 7 noyabr 2028-ci ildə keçirilməsi planlaşdırılır. Prezident seçkilərinin qalibi ABŞ-ın 48-ci prezidenti olacaq və 20 yanvar 2029-cu ildə keçiriləcək andiçmə mərasimində vəzifəsinin icrasına başlayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: