Ermənistan parlamentində təmsil olunan müxalifət Azərbaycanla sülhün əldə edilməsinə mane olan son qüvvədir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər”, – deyə hökumət başçısı bildirib.

Paşinyan müxalifət deputatlarının konstitusiya referendumunun keçirilməsini dəstəkləyəcəklərinə əmin olduğunu ifadə edib.

Baş nazir, həmçinin Ermənistanın institusional dövlətə çevrilməsinin vacibliyini vurğulayıb.

Paylaş: