348613

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qovulması məsələsini qaldırmır”.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taatbek Masadikov bildirib. 

O, Ermənistanın kollektiv təhlükəsizlik zəmanətlərini qorumağa davam etdiyini vurğulayıb:

“KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi qərarı maliyyə intizamının tələbləri ilə diktə edilən zəruri tədbirdir. İrəvan 2024-cü ildə üzvlük haqlarının ödənilməsini dayandırıb və təşkilatın nizamnaməsində iki ildən çox borcların səsvermə hüququna və kvota vəzifələrinə namizədlərin irəli sürülməsi hüququna məhdudiyyətlər qoyması nəzərdə tutulur. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxarılması məsələsi qaldırılmır və kollektiv təhlükəsizlik zəmanətlərini saxlayır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: