İtaliyanın Baş naziri Corciya Meloni Liviyanın Benqazi limanında Rusiya gəmilərinə hücumlarından sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə gərgin telefon danışığı aparıb .
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Roma Kiyevin Avropa tərəfdaşlarını əməliyyat barədə xəbərdar etməməsindən və onlarla əlaqələndirməməsindən qəzəblənib. İtaliya həmçinin hərbi əməliyyatların Aralıq dənizi bölgəsinə yayıla biləcəyindən qorxur.
Əliyar Xəlil
Globalinfo.az