İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib.
Qeyd edilib ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
***15:42
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin yeni müşaviri təyin edilib.
Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bu vəzifəyə Sabunçu Rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski təyin edilib.