SOaf5fJoCAQZh1PYfm2wXKn8zR2A8AUBiqwrv00I 1200

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının Sənadakı istehsalat obyektlərinə zərbələr endirib.

Globalinfo.Az xəbər verir ki, zərbələrin görüntülərini koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində paylaşıb.

Məlumata görə, əməliyyat noyabrın 26-da keçirilib.

Kadrlarda sənaye kompleksi ərazisindəki bir neçə obyektin vurulması, eləcə də sonrakı partlayışlar və qara tüstü görünür.

Dəymiş ziyanın miqyası və zərərsizləşdirilən üsyançılar barədə məlumat yoxdur.

Paylaş: