Yəmənin hökumət qüvvələri “Yəmən şəfəqi” hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb.
Globalinfo.Az xəbər verir ki, bu barədə “Al Jazeera” hökumət qüvvələrinin nümayəndəsi polkovnik Məcid ən-Nuzeylinin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Taiz istiqamətindəki əks-hücumlar husilərin mövqelərini və dəstək qüvvələrini hədəfə alıb.