yuuui

İşğaldan azad edilmiş ərazilərdə 15 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.

Globalinfo.az xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər çərçivəsində Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə rayonlarında yeni körpələr evi-uşaq bağçaları yaradılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, artıq Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi, Sos və Quzeyxırman kəndlərində, Ağdam şəhər 1 nömrəli, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olub.

Bundan başqa, Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərində yerləşən məktəbəqədər təhsil müəssisələrinin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni bağçaların açılması işğaldan azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi, onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

3779364a 749c 4ffa bc8e e1490ef8c64e
2ca87cea 041a 4327 af3f e154a7e90eb7
e5aba412 840d 4229 a17c 46030e2cc89d
0efc10da 8b43 4ff5 b9bd 3393b4136056
e86f8277 1c74 4410 98a1 0a38ef721f2a
cc5d0a33 d26b 489e 831a 3d321b9d66a8
81da3160 c05f 4edf a0b2 88486ac88d76
936a447e ebaf 4c8d 832e 47f2f650f2dc
15147819 9d7c 4c0b b78d 4d9178bacfae
d0dcdc07 c6c2 4029 b2fc 1ef6383a0ea0
da1f7cd8 540b 4284 875b 4d7cce8087fc
d4837e5b 9ac5 4342 a766 d30f784ea4ad
11a08428 70ba 4780 83e9 23f006582b95
11e4aca9 30c9 4f78 83b6 985d41432e0a
d7494726 5ee5 4240 9acb 10ad384e1a34
2c15f636 bd25 4103 87a3 74666779eec4
4066a960 3df0 49ee 9ad8 e0f984c07480
02f48133 0073 43ef 9239 4012e6a81a27

Paylaş: