WhatsApp Image 2026 11 27 at 23.25.06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də Yunanıstan Prezidenti Konstantinos Tasulasla görüşəcək.

Globalinfo.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, görüş Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Dövlət başçılarının hansı məsələləri müzakirə edəcəyi hələ açıqlanmır.

Paylaş: