HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyənin oğlu İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbədən sağ çıxıb.
Globalinfo.az xəbər verir ki, hücum Qəzza şəhərinin qərbində yerləşən Ər-Rimal rayonundakı yaşayış binasına həyata keçirilib.
Hadisə zamanı Xəlil əl-Həyyənin oğlu və ailə üzvləri xəsarət almayıblar.
Bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Qassem Naim məlumat verib.
Zərbə səhər saatlarında yaşayış binasındakı mənzilə endirilib. Hücum nəticəsində altı nəfər xəsarət alıb.
İlk məlumatlarda Xəlil əl-Həyyənin oğlunun taleyinin naməlum olduğu bildirilsə də, sonradan HƏMAS onun və ailə üzvlərinin hücumdan sağ çıxdığını açıqlayıb.
Əliyar Xəlil