“Biz Avropa İttifaqının üzv ölkələrindən biriyik. Estoniya buradakı qlobal proseslərdə fəal rol oynayır. Avropa İttifaqı dünya proseslərini dəyişən, qlobal səviyyədə azad ticarət platforması ilə bağlı, Mərkəzi Amerika, Hindistan və digər ölkələrlə münasibətlərdə çox mühüm əhəmiyyət kəsb edən intensiv proseslərdə iştirak edir”.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Globalinfo.az-ın əməkdaşının sualına cavabında deyib.
O bildirib ki, Azərbaycanla da, regionda da əməkdaşlığı daha da artırmaq istəyirlər:
“Ticarət dəhlizləri, energetika investisiyaları və bütün bunlar onlar üçün çox vacibdir. Əlbəttə ki, Avropa İttifaqına üzv ölkə kimi Estoniya çox böyük imkanlardan yararlanmaq istəyir. Çünki bu şkalaya, bu miqyasa, bu müqayisəyə baxsaq, Avropa İttifaqı çətiri altında biz ikitərəfli şəkildə maraqlıyıq. Eyni zamanda, Avropa İttifaqı olaraq da bu əməkdaşlıqda və digər məsələlərdə çox maraqlıyıq. Dünyada rəqəmsallaşma, süni intellektdən istifadə, müdafiə sənayesi və digər aspektlərdə də biz çox aktivik və mühüm töhfələr verməkdə maraqlıyıq. Bu iki region başa düşməlidir ki, biz birlikdə mövcud olmalıyıq. Biz qlobal olaraq eyni çətinliklərlə, çağırışlarla üzləşirik və çox böyük maraqlar var”.
Zaira Akifqızı
Globalinfo.az