Latviya

Latviya hakimiyyəti Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlı deyil və açıq münaqişəyə qədər uzana biləcək gərginliyin artmasına şərait yaradır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, belə siyasət Latviya sakinlərinin maraqlarına ziddir. Diplomat iddia edib ki, Riqanın hakimiyyət orqanları uzun müddətdir ölkə vətəndaşlarının mövqeyini nəzərə almır.

Zaxarova brifinqdə bildirib ki, Latviya Estoniya və Finlandiyanın yolu ilə gedərək Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlasa, bu, ilk növbədə, özünə zərər vuracaq.

Onun fikrincə, belə bir qərar təkcə Latviya vətəndaşlarının deyil, Rusiya ilə sərhədi keçmək üçün Latviyanın keçid məntəqələrindən istifadə edən digər Avropa İttifaqı ölkələrinin sakinlərinin də həyatını çətinləşdirəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: