AP24067470431181 pic 32ratio 900x600 900x600 22746

İtaliyanın xarici işlər naziri Antonio Tayani Roma hökumətinin Ukraynanın Liviyada Rusiya gəmilərinə qarşı keçirdiyi əməliyyat barədə əvvəlcədən məlumatlandırılmadığını və bu əməliyyatın koordinasiyasında iştirak etmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Nazirin sözlərinə görə, İtaliya tərəfi planlaşdırılan əməliyyatdan xəbərsiz olub.

“Əməliyyatla bağlı heç bir koordinasiya aparılmayıb. Bizdən heç kim məlumatlandırılmayıb və ukraynalıların Liviyada nə etdiyindən xəbərimiz olmayıb. Buna görə də Zelenskinin dedikləri həqiqətə uyğun deyil”, – Tayani vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: