Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tula vilayətində yerləşən Yefremov Sintetik Kauçuk Zavoduna və Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavoduna zərbələr endirdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hücum Rusiyada fəaliyyət göstərən “Qara İskra” hərəkatı ilə birgə həyata keçirilib.
Məlumata görə, Yefremovdakı müəssisə bərk raket yanacağının istehsalında iştirak edir. Həmin yanacaq xüsusilə “İskəndər” ballistik raketlərində istifadə olunur.
Əliyar Xəlil