Koronanın daha təhlükəli mutasiyaları yarana bilər? – Virusoloq açıqladı

Virusoloq və Gamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn hesab edir ki, koronavirusun daha təhlükəli mutasiyası yarana bilməz.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, omikron ştammının daha çox patogen viruslara keçməsi üçün “nadir” hal baş verməlidir.

“Bu, tamamilə istisna edilməsə də, ehtimalı azdır … Variantın əhəmiyyətli dərəcədə daha patogen olması üçün nadir olaraq təsnif edilən dəyişikliklər olmalıdır. Patogenlik baxımından virusun gələcək variantları təxminən eyni və ya daha zəif olacaq. Düşünmürəm ki, pandemiyanın yenidən başlamasına və yüksəlməsinə gətirib çıxaracaq hansısa variant meydana çıxa bilər”, – Anatoli Altşteyn yekunlaşdırıb.