pasinyan putin

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada baş tutacaq danışıqlarda Rusiyanın Gümrüdə yerləşən hərbi bazası məsələsini müzakirə edəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

“Şübhəsiz ki, bizim hərbi bazamız məsələsinə də toxunulacaq. Həmin hərbi baza regionda təhlükəsizlik və sabitliyin təmin olunmasının çox mühüm tərkib hissəsidir. Bu məsələdə Ermənistan tərəfinin mövqeyini eşitmək maraqlı olacaq”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan 11-12 dekabr tarixlərində Rusiyaya səfər edəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: