Imagoeconomica putin 3 scaled 1

Rusiya Prezidenti Vladimir Putin Rusiyanı dünyada güclü nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etmək iqtidarında olan azsaylı dövlətlərdən biri kimi xarakterizə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.

Rusiya lideri bu gün Arxangelsk vilayətinin Severodvinsk şəhərinə işgüzar səfər edib. O, gəmiqayırma kompleksinə baş çəkib və “Perm” adlı nüvə sualtı qayığında hərbi-dəniz bayrağının qaldırılması mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Rusiya lideri bildirib:

“Xüsusilə vurğulamaq istərdim ki, Rusiya dünyada belə güclü nüvə sualtı qayıqlarını – qlobal əhəmiyyətə və miqyasa malik silahları – inşa etmək bacarığına sahib azsaylı ölkələrdən biridir”.

Paylaş: