6b07acf673f896b07acf673f8a17956651426b07acf673f876b07acf673f88

İranın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlığının “MDB+” formatında genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Təklif reallaşarsa, İran bu formatda təmsil olunan ilk dövlət olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev qurumun 35 illiyi ilə əlaqədar TASS-ın baş direktoru Andrey Kondraşova müsahibəsində danışıb.

Lebedevin sözlərinə görə, oktyabrın 9-da Türkmənistanın Avaza turizm zonasında təşkil olunan MDB sammitində İran Prezidenti Məsud Pezeşkian da iştirak edib. Həmin görüşdə İran lideri ölkəsinin “MDB+” çərçivəsində əməkdaşlığa qoşulmaq niyyətini ifadə edib:

“Tehranın təşəbbüsü birlik üzvləri arasında maraqla qarşılanıb və ilkin münasibət əsasən müsbətdir. Hazırda İranın “MDB+” statusu alması və bu formatda ilk ölkə kimi təmsil olunması ilə bağlı məsələyə baxılır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: