zelenskij 1

Ukrayna ABŞ-dan Kiyev, Vaşinqton və Avropa nümayəndələrinin iştirakı ilə keçiriləcək növbəti sülh danışıqlarının tarixini gözləyir. Bu dəfə görüşün dördtərəfli formatda keçirilməsi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, Prezident Volodimir Zelenski Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşdən sonra bildirib ki, Ukrayna Avropanın ABŞ-la aparılan sülh prosesinə cəlb olunması üçün ciddi səylər göstərib.

“İndi Amerika tərəfinin yeni görüşün tarixini müəyyənləşdirməsini gözləyirik. Bu görüş artıq dördtərəfli formatda keçirilməlidir”, – deyə Zelenski vurğulayıb.

Görüşdə Ukraynaya enerji sahəsində yardım, ölkənin bərpasına dair gələn ilin əvvəlində Estoniyada keçiriləcək konfransa hazırlıq və gələcək təhlükəsizlik zəmanətləri də müzakirə olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: