iStock 1175405804 1
Balakəndə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.

Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş: