Trump Xi and Putin open talks on nuclear arms and regional wars

ABŞ Prezidenti Donald Trampın, Çin lideri Si Cinpinin və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da Şençjendə keçirilən üçtərəfli görüşü beynəlxalq siyasətdə ciddi müzakirələrə səbəb olub. Liderlərin eyni masa arxasında əyləşməsi xüsusilə Avropada narahatlıqla qarşılanıb. Çünki Ukrayna müharibəsinin taleyi, regional təhlükəsizlik və qlobal güc balansı ilə bağlı qərarların Avropa İttifaqının iştirakı olmadan müzakirə edilməsi ehtimalı Brüsselin geosiyasi mövqeyini sual altına qoyur.

Görüşün ardınca Avropa liderlərinin özlərinin də Ukrayna ilə bağlı danışıqlarda kənarda qalmaq istəmədiklərini açıq şəkildə nümayiş etdirməsi təsadüfi deyil.

Bəs dünyanın üç böyük gücünün liderlərini eyni masa arxasına gətirən əsas maraqlar nədən ibarətdir? Vaşinqton, Moskva və Pekin Avropanı yeni geosiyasi sövdələşmənin kənarında saxlamağa çalışır? ABŞ-ın Rusiya və Çinlə yaxınlaşması Avropa İttifaqının təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Avropa İttifaqı və Ukrayna məsələləri bu ölkələrin iştirakı olmadan müzakirə edilə bilməz:

“Ona görə də Çində keçirilən bu sammit nəticəsiz qaldı. Ümumiyyətlə, tərəflər öz aralarında da hər hansı razılıq əldə edə bilmədilər. Yekun bəyanatda ərazi bütövlüyü ilə bağlı bənd də yer almadı. Bu, Rusiyanın əleyhinədir. Çin bu məsələdə inadkarlıq göstərmədi. Çünki Tayvan məsələsi Pekinin maraqlarına uyğun idi.

Trampın mövqeyi zəifləyib. İki ildən sonra o, Ağ Evdə olmayacaq. Onun yerinə Demokratlardan prezident seçilərsə, Çin və Rusiya ilə əməkdaşlığa maraq göstərməyəcək. Belə olan halda, qeyd edilən üçlü ittifaq da dağılacaq. Avropada da paralel görüşlər keçirildi. Əslində, verilən mesaj aydın idi: Bizsiz bizim məsələlərimizi müzakirə edə bilməzsiniz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: