sergei lavrov 18 11 2022 1768904921 900x555 1

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya və Böyük Britaniyanın müdafiə nazirlərinin Ukraynanın Rusiyaya qarşı hava hücumları ilə bağlı bəyanatlarına münasibət bildirməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, Lavrov əlavə qiymətləndirmələr aparmaq istəmədiyini qeyd edərək, Qərb rəsmilərinin açıqlamalarını sərt ifadələrlə tənqid edib.

“Mənim fikrimcə, qeyri-adekvat vəziyyətdə olan insanların açıqlamalarına şərh verə bilmərəm”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Nazirin bu açıqlaması Moskva ilə Qərb ölkələri arasında Ukrayna münaqişəsi fonunda davam edən qarşılıqlı tənqidlərin növbəti nümunəsi kimi diqqət çəkib.

Tahir Turan
Globalinfo.az

Paylaş: