3 türk ölkəsindən Azərbaycana dəhliz… – Berdiməhəmmədov

Qırğızıstan – Özbəkistan – Türkmənistan marşrutu üzrə Xəzər dənizinə qədər uzanacaq, daha sonra Azərbaycan və Türkiyəyə genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzrə işlər aparılır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov öz açıqlamasında deyib.

Berdiməhəmmədov eyni zamanda tezliklə Azərbaycana elektrik enerjisinin nəqlinin mümkün olacağını qeyd edib.