pezeskian azerbaycanla anlasma elde ede bilerik 900x600 1

“İran düşdüyü “nə müharibə, nə də sülh” vəziyyətindən mümkün qədər tez çıxmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. 

Onun sözlərinə görə, bu qeyri-müəyyən vəziyyət İran üçün zərərlidir və ondan güc və ləyaqətlə çıxmaq vacibdir:

“Mövcud vəziyyətin məntiqli həlli ölkənin bir sıra problemlərinin aradan qaldırılmasına şərait yarada bilər”.

Prezident İranın faydalı qazıntılar və zəngin təbii ehtiyatlarla böyük iqtisadi potensiala malik olduğunu vurğulayıb.

Pezeşkian əlavə edib ki, ölkənin düşmənləri istehsal zəncirini pozmağa, bununla da işsizliyi, iqtisadi çətinlikləri və cəmiyyətdə narazılığı artırmağa çalışırlar.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: