İsrailə hücum haqda inanılmaz məktub – Türkiyə detalı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması ABŞ siyasi dairələrində rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, bununla əlaqədar bir qrup konqresmen dövlət katibi Entoni Blinkenə məktub ünvanladığı deyilir.

İddialara görə, məktubda Vaşinqtonun Ankaranın qarşısında 6 tələb qoyması təklif olunub:

“1. Türkiyə HƏMAS-ı rəsmi olaraq “terror təşkilatı” adlandırmalıdır;

2. HƏMAS-ın İstanbul ofisi və ona bağlı fəaliyyət göstərən qurumların fəaliyyəti dayandırılmalıdır;

3. Türkiyədə bu qruplaşmanın bütün nümayəndələrinin vətəndaşlığı ləğv edilməli, pasportları əllərindən alınmalıdır;

4. HƏMAS nümayəndələri Türkiyədən deportasiya edilməli və ölkəyə girişlərinə qadağa qoyulmalıdır;

5. HƏMAS-ın maliyyələşdirilməsində hər hansı türk bankının əlinin olub-olmaması araşdırılmalı, nəticələri ABŞ Dövlət Departamentinə bildirməli və bu cür maliyyələşdirmədə iştirak edən banklara sanksiyalar tətbiq edilməlidir;

6. HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda Türkiyə rəsmilərinin əlinin olub-olmadığını araşdırmalı və nəticələri ABŞ Dövlət Departamentinə bildirməlidir”.

“CNN Türk” və “Hürriyyət” qəzetinin Vaşintqon müxbiri Yunus Paksoy deyib ki, hazırda yunan lobbisi İsrailə hücum məsələsini Türkiyənin üzərinə yıxmağa çalışır.

Ayşən Mustafa
Globalinfo.az