Rusiya Ukraynada müharibənin dayandırılması ilə bağlı Avropa ölkələrinin də iştirak edəcəyi çoxtərəfli danışıqlara qoşulmağa hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində keçirilən “Könüllülər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Vaşinqton Moskvanın diqqətinə çatdırıb ki, Avropa ölkələrinin də danışıqlar prosesində iştirakını vacib hesab edir. ABŞ Rusiya tərəfinin bu mövqeyi qəbul edəcəyinə ümid bəsləyir.
“Biz müharibənin başa çatdırılması üçün Avropanı danışıqlar masasında görmək istəyirik”, – Kuşner vurğulayıb.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Berlin görüşünə nümayəndə heyəti göndərərək avropalı tərəfdaşları Çinlə aparılan danışıqların nəticələri barədə məlumatlandırmaq istəyib.
Kuşner həmin təmasların təfərrüatlarını açıqlaya bilməyəcəyini deyib. Bununla belə Tramp Çinə sülh sazişinə nail olmağın mümkünlüyünə əmin olaraq yola düşüb.
“Onun aydın mesajı sülh istəməsidir”, – Kuşner vurğulayıb.
Əliyar Xəlil