WhatsApp Image 2026 11 19 at 20.34.13

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib.

Globalinfo.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazir Bakı Dövlət Universitetinin əvvəlki rektoru Elçin Babayevə rəhbərliyi dövründə universitetin inkişafı istiqamətində gördüyü işlərə və fəaliyyətinə görə təşəkkürünü bildirib.

Eyni zamanda Məleykə Abbaszadəni kollektivə təqdim edərək onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

WhatsApp Image 2026 11 19 at 20.34.13 2 WhatsApp Image 2026 11 19 at 20.34.13 1

Paylaş: