Mərakeş 2035-ci ilə qədər yeni hərbi və təhlükəsizlik avadanlıqlarına olan tələbatının 40 faizini yerli istehsal hesabına ödəməyi hədəfləyir.
Globalinfo.az xəbər verir ki, bu məqsədlə 4 milyard dirhəm (təxminən 400 milyon dollar) həcmində dövlət fondu ayrılıb. Proqram çərçivəsində ixrac satışlarının müdafiə sənayesinin ümumi gəlirlərinin 65 faizindən çoxunu təşkil etməsi də nəzərdə tutulur.
İstehsalda dronlara, muxtar sistemlərə, quru və dəniz platformalarına, müdafiə elektronikasına, kibermüdafiəyə və süni intellekt texnologiyalarına üstünlük veriləcək.
Müvafiq bəyanat Kral VI Məhəmmədin hökumət və hərbi rəsmilərlə keçirdiyi görüşdən sonra yayımlanıb.
Qeyd edək ki, Mərakeş 2020-ci ildə hərbi texnikanın istehsalı və ixracı ilə məşğul olmaq üçün lisenziyalı şirkətlərə icazə verən qanun qəbul edib. Ölkənin əsas məqsədi müdafiə sahəsində xarici idxaldan asılılığı azaltmaq və yerli sənayeni inkişaf etdirməkdir.
Tahir Turan
Globalinfo.az